İnterpress.az-ın sorğusuna cavab olaraq “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, Biləcəri-Binəqədi yolu, Binəqədi-Novxanı yolu, Zığ-Hövsan yolu, Zığ-Suraxanı yolunda əsaslə təmir işləri aparılır.
Daha sonra qurum sözçüsü əlavə edib ki, Qala-Pirallahı yolu, Pirallahı körpüsü, Piralahınınmərkəzi yolu, Binə qəsəbəsinin mərkəzi yolu, Bakı-Şamaxı yolunun Müşviq qəsəbəsindən keçən hissəsi, Biləcəri-Binəqədi yolunu bitirən kimi başlanılacaq:
“Xırdalan dairəsi-Binəqədi yoluna və yaxın zamanda Novxanı pirallahı yolunun tiintisinə başlanılacaq.Tikinti işləri küçələrdə də davam etdirilir”.
Gülşanə Mustafayeva
İnterpress.az