İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Respublikaçılar Partiyasının ABŞ prezidentliyinə namizədi Donald Tramp seçkiləri qazandığı təqdirdə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini bildirib.
“Əgər mən 8 noyabrda keçirilən seçkiləri qazansam, prezident səlahiyyətlərini başlamazdan əvvəl Pitinlə görüşəcəm”-deyə Tramp bidirib.
Xatırladaq ki, ABŞ-də keçirilən prezident seçkiləri noyabrın 8-də baş tutacaq. Prezidentliyə əsas namizəd Respublikaçı Donald Trump və Demokrat partiyasının üzvü – namizəd Hillari Klintondur.
İnterpress.az