İnterpress.az xarici mətbuata əsasən xəbər verir ki, Almaniyanın Ludviqshafen şəhərində yerləşən kimya fabrikində dəhşətli partlayış olub. Səlahiyyətlilərin verdiyi ilk məlumata əsasən, partlayışda bir nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb. Bundan başqa yeddi nəfərdən hələlik xəbər yoxdur.
Yerli saatla 11:30-da baş verən hadisədə boru xətlərinin təmiri aparılırmış. Partlayışdan sonra yaranan yanğın səbəbi ilə, fabrikə yaxın binalarda yaşayan insanlara xəbərdarlıq edilib.
Qeyd edək ki, hadisənin terror hadisəsi olmadığı tam aydınlaşdırılıb.
İnterpress.az