İnterpress.az “Sabah”-a istinadən xəbər verir ki, BMT-də keçən həftə edilən müzakirələrdən heç bir nəticə əldə olunmadığına görə, Təhlükəsizlik Şurası ikinci dəfə Hələb məsələsini gündəmə çıxarıb.
İclasdan əvvəl Fransanın BMT-dəki daimi nümayəndəliyinin üzvü François Delattre mətbuata açıqlama verib. O, Hələbdə mülki vətəndaşlatın hədəf alan proseslərin həm insani tragediyaya, həm terrorizmin bəslənməyinə yol açdığını söyləyib.
Fransa nümayəndiliyi növbəti dəfə Rusiya haqqında sərt ittihamlar irəli sürüb: “ Hələb mövzusunda ruslarla heç vaxt razılaşmayacayıq. Rejim və Rusiyanın Hələbdəki fəaliyyəti terrorizmlə mübarizə yox, əksinə terrorizmə dəstəkdir. Bunun bədəlini biz Fransada da ödəyirik”.
Rusiya isə Qərbin Hələb mövzusunda ikili standartlara yol verdiyini müdafiə edib. Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin üzvü Çurkin bildirib ki, Qərb heç də həmişə hər yerdə eyni beynəlxalq hüquqları müdafiə etmir.
İnterpress.az