Hadisə Xaçmaz-Quba avtomobil yolunda, rayonun Ağyazı Buduq kəndi ərazisində qeydə alınıb.
Belə ki, \”VAZ-2106\” markalı avtomobil hərətkətdə olan zaman sürücü idarəetməni itirib və yolun kənarına aşıb. Bir neçə dəfə çevrilən avtomobilin hələlik şəxsiyyəti məlum olmayan sürücüsü hadisə yerində ölüb.
Hadisə yerinə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının (RMX) təcili tibbi yardım maşını gəlib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparılıb.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırmalara başlanılıb. ( report.az )
İnterpress.az