İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, diktator Fransisko Frankonun başı kəsilmiş halda, hərbi formalı atlı heykəlinin, Barcelonada Born Mədəniyyət Mərkəzinin girişində sərgilənməsi müzakirələrə səbəb olub. Belə ki, səhər saatlarında Borna gətirilən heykələ ilk olaraq Ernest Sant adlı aktivist, daha sonra Roza adlı rayon sakini yumurta atıb. Təhqir məzmunlu sözlər söyləyən aktivistlər polis tərəfindən bölgədən uzaqlaşdırılıb.
Heykəl bələdiyyə işçiləri tərəfindən təzyiqli suyla təmizlənib. Günortadan sonra sərginin açılışı elan edilən zaman təzyiqlər daha da artıb. Born Mədəniyyət Mərkəzinin önünə gələn müstəqillik tərəfdarları və sol fikirli bir qrup dəstə təhlükəsizlik dəhlizini aşaraq heykələ hücum edib.
\”Başsız Franko\” heykəlinin üzərinə müstəqil Katalonya bayrağı asan dəstə ilə polis arasında gərginlik yaşanıb. Baş verən insident əsanasında hadisə yerinə təcili yardım çağırılıb. Barselona Bələdiyyə Başçısı Ada Colauyu tənqid edən aktivistlər, \”Bələdiyyə Başçısı bir tərəfdən Franko dövrünün fiqurlarının adlarını Barcelona küçələrindən qaldırarkən, digər tərəfdən Franko heykəlinin şəhərin mərkəzinə tikilməsinə icazə verir. Bu bir təxribatdır.\” – deyə etiraz ediblər.
Aktivistlərin tərəfində olan Katalonyada separatçı siyasi partiya üzvləri də hadisəyə etiraz edərək sərginin açılışında iştirak etmədilər.
Qeyd olunur ki, mübahisəyə səbəb olan heykəl, İspaniyada çıxarılan tarixi yaddaş qanunundan sonra 2008-ci ildə Barcelonadaki Montjuic muzeyindən götürülmüşdü. Heykəl, 2013-ci ildə olduğu anbarda şəxsiyyəti təyin olunmuş şəxslər tərəfindən hücuma məruz qalmış, qoparılan başı oğurlanmışdı.
İnterpress.az