Bakıda ATS-i su basdı – 600-dən çox abonent telefonsuz qaldıbackend

Bakıda ATS-i su basdı – 600-dən çox abonent telefonsuz qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AzNews.az-a daxil olan məlumata görə, hadisə oktyabrın 17-də axşam saatlarında baş verib. İntensiv yağan yağış suları binanın içinə də dolub. Nəticədə 600-ə yaxın abonentin telefon xəttində problem yaranıb.

Qovşağın əməkdaşları yanğın təhlükəsini aradan qaldırmaq üçün binaya pəncərədən daxil olub.

Yasamal Telefon Qovşağından saytımıza verilən məlumata görə, təbii fəlakət nəticəsində qovşaqda baş verən fəsadları aradan qaldırmaq üçün bir həftəyə yaxın vaxt tələb olunur.

İnterpress.az