İnterpress.az \”Hürriyet\”ə istinadən xəbər verir ki, Azərbaycanda tekstil şirkəti sahibi Mustafa Tayat, iş görüşməsi üçün ötən həftə İstanbula gədib.
Tayatın keçmiş işçisi Lətifə Məmmədova onunla görüşmək üçün müdirini Sarıyerdəki evinə dəvət edib. Cütlük evə girdikdən bir müddət sonra, evə silahlı qara maskalı dəstə daxil olur. Avtomobillə qaçırılan Tayatın, üstündə olan 10 min lirası alınaraq yol kənarına atılır.
Polis bölməsinə gedən Tayat, köhnə işçisinin tələsinə düşdüyünü söyləyib. Polis evdə barmaq izi araşdırması edib, bölgədəki kamera görüntülərini izləyib.
ID təyin olunan 2 adam nəzarətə alınıb. Tayatı qaçıranlar ondan 3 milyon dollar istəyib. İş adamının müqavimət göstərməsi üzərinə ona işgəncə edilib, üstündə olan 10 min lirası alınaraq yol kənarına atılması polis tərəfindən təyin olunub.
Tələ quran Məmmədovanın axtarışına başlanılıb.
İnterpress.az