Azvision.az bildirir ki, binanın 3-cü mərtəbəsində balkon uçub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım maşını cəlb edilib.
FHN əməkdaşlarının sayta verdikləri məlumata görə, aramsız yağışlar nəticəsində binanın 3-cü mərtəbəsindəki balkonun beton piltələri su çəkib və nəticədə çöküb. Eyni zamanda binanın 2-ci mərtəbəsindəki balkona ciddi ziyan dəyib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Sakinlərin sözlərinə görə, uçqun olan bina köhnə olduğundan bundan öncə də belə hadisələr baş verib.
İnterpress.az