Tənzilə Rüstəmxanlıdan türkçülük dərsibackend

Tənzilə Rüstəmxanlıdan türkçülük dərsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki,

Bu sözləri Türkiyədə jurnalist kimi fəaliyyət göstərən Yeganə Quliyeva, Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı haqqında fikirlərini bölüşərkən qeyd edib. İnterpress.az həmin nitqi təqdim edir:

“İki il əvvəl TRT AVAZ TV kanalında yayımlanan bir proqram qrupunu çəkiliş üçün Bakıya aparmışdım. xalqının mədəniyyəti və tarixi ilə bağlı bir veriliş olacaqdı. Xalqına, tarixinə, ölkəsinə, əsgərinə, şəhidinə, dövlətinə sahib çıxan, türkçülük ideologiyasını gənclərə aşılayan bir qadınla tanış oldum. Əslində adını çox daha əvvəl eşitmişdim. Bakıda Şəhidlər Xiyabanında həmin xanımdan bir reportaj alındı. Reportajda Azerbaycanın, Osmanlı ordusunun tarixlər boyu nəyə məruz qaldığı çətinlikləri, müharibələri və əlbəttə ermənilərin törətdiyi soyqırımı titrəyən səsi ilə danışırdı. Haqqında danışdığı hadisələrin sanki içindəydi, o an yaşayırdı. Gözləri dolmuş, ağlamamaq üçün özünü saxlamışdı. O qədər dərin duyğularla danışırdı ki, o zaman mən kənardan onu dinləyərək ağlamışdım. Təbii ki, haqqında danışdığı dövrü özüm yaşamış olsam da, sanki ermənilərin törətdiyi soyqırımı çox yaxından izləmiş və yaşamış uşaqlardan biriydim. Ağlamağımın səbəblərindən biridə təsiredici nitqlə yanaşı, həmin tarixi xatırlamağım idi. O gün bu duyğuları mənə yaşadan Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı idi”.

Yeganə Quliyeva daha sonra Tənzilə xanımla ikinci görüşünü və bu görüşdən yaşadığı təəssüratları isə bu sözlərlə ifadə edib:

“Bir neçə gün əvvəl İstanbulda Azərbaycanın dövlət müstəqilliyinin 25-ci il dönümü ilə bağlı keçirilən tədbirdə onunla bir daha qarşılaşdım. O təsiredici nitqi bir daha dinlədimvə əsgərindən, şəhidindən danışarkən göz yaşlarını sildiyinin şahidi oldum. Konfrans Türkiyə və Azərbaycanın dövlət himni ilə açıq elan olundu. Türkiyənin İstiqlal marşı səslənərkən hamımız bir ağızdan oxuduğumuz halda, Azərbaycanın dövlət himni çalınanda sadəcə zaldakı azərbaycanlılar oxudu. Bu vəziyyət hər zaman mənim diqqətimə çəkir və çox pis oluram. Nə xoşdur ki, bu hal Tənzilə xanımın da diqqətindən qaçmadı və bunu dilə gətirdi, duyğularımı bir daha qabartmağa nail oldu. Ümid edirəm ki, gün gələr Tənzilə xanımın dediyi kimi bizlər necə Türkiyənin İstiqlal marşını bir ağızdan, dərin duyğularla oxuyuruqsa, Türkiyə xalqı da eyni bizim kimi Azərbaycan dövlət himnini oxuyar. Ölkəsinə, tarixinə bağlı duyğularla yaşayan bu gözəl ürəkli qadını ürəkdən təbrik edirəm”.

İnterpress.az