AzNews.az xəbər verir ki, prezident “RİA Novosti”yə verdiyi müsahibəsində məlumatların şayiə olduğunu bildirib. O, gələcək prezident seçkilərində iştirak edib-etməyəcəyi barədə danışmağın da tez olduğunu qeyd edib.
“Prezident seçkilərinin vaxtını dəyişmək fikrimiz yoxdur. Mən Azərbaycanda və onun sərhədlərindən kənarda hansı söhbətlərin getdiyini bilirəm. Belə plan yoxdur, olmasına ehtiyac da görmürəm. Mənim seçkilərdə iştirak edib-etməyəcəyimə gəldikdə isə, gələcək prezident seçkiləri 2 il sonra baş tutmalıdır. Hər hansı nəticə çıxarmaq və ya qərar qəbul etmək üçün kifayət qədər vaxt var. Əhalinin dəstəyini bugünkü kimi hiss etsəm, təbii ki, bu etimadı doğrultmağa çalışacağam”, – deyə prezident müsahibəsində bildirib.
İnterpress.az