Hakim Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə AzNews.az-a açıqlamasında prezidentin bu fikirlərini şərh edib. O qeyd edib ki, heç bir halda Azərbaycan ərazisində ikinci dəfə erməni dövləti yaradıla bilməz: “Dağlıq Qarabağ müstəqil dövlət ola bilməz. Burada söhbət ancaq Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxandan sonra həmin bölgəyə muxtariyyət verilməsindən gedir. Həmin bölgənin xüsusiyyətlərinə nəzərə alaraq, ora muxtar respublika verilməsinin mümkünlüyünü cənab prezident ilk dəfə dilə gətirdi. Muxar respublika daxili idarəetmədə bir çox məsələləri müstəqil şəkildə həll edən bir ərazi olacaq. Xarici siyasətlə müdafiə məsələləri, maliyyə məsələlərindən başqa digər məsələlərdə həmin bölgə özünün problemlərinin həllində sərbəstdir”.
A. Mirzəzadənin fikrincə, prezidentin bu bəyanatı həm orada yaşayan erməni icması, həm də Ermənistan cəmiyyəti üçün çox böyük bir güzəştdir: “Həmçinin, prezident bölgənin inkişafında Azərbaycanın mərkəzi hökumətinin investisiyalarından da geniş söhbət açdı. Bu gün Azərbaycanın maliyyə imkanları kifayət qədər güclüdür. Həmin bölgəni inkişaf etdirmək, insanların sosial vəziyyətini sosial durumuna görə yüksək olan bir bölgəyə çevirmək əzmindədir. Ancaq ona nə reaksiyanın verilməsi onlardan asılıdır. Qarabağdakı erməni icması bu gün Ermənistan silahlı qüvvələrnin girovluğundadır. Azərbaycan problemi sülh yoli ilə həll etmək əzmindədir. Yox əgər bunlar baş verməzsə, Azərbaycan bütün yollarla torpağını işğalçılardan azad edəcək”.
İnterpress.az