Oğurluq üstündə 6 nəfərin əlləri kəsildibackend

Oğurluq üstündə 6 nəfərin əlləri kəsildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, Meksikanın Tlakepaka şəhərində qorxunc hadisə baş verib. Belə ki, polis tərəfindən 6 nəfər yarıcanlı, əlləri kəsilmiş səxslər tapılıb.
Kəsilmiş əllər torbalara yığılaraq yol kənarına atılıb. Yaralılarla bərabər polis, üzərində “siçovullar” sözü yazılmış cəsəd də aşkarlayıb. Zərər çəkmişlər şok vəziyyətində olaraq onları bu vzəiyyətə salanları tanımadıqlarını bildiriblər.
Qeyd olunur ki, cinayəti törədənlər yazılı mesaj buraxıblar. “Bu insanların maşın, motosiklet oğurladıqlarına görə, həmçinin qadınlara və uşaqlara əzab-əziyyət verdiklərinə görə əlləri kəsilib”-mesajda bildirilib.
Hadisənin şahidləri söylədiklərinə görə, “qurbanlar” iki avtomobildə gətirilərək yolun kənarına buraxılıb.
Xatırladaq ki, bir neçə gün öncə Meksika xəstənasının yaxınlığında torbalara doldurulmuş 5 cəsəd tapılmışdı.

İnterpress.az