Dostunun ölümündən 2 gün sonra intihar etdibackend

Dostunun ölümündən 2 gün sonra intihar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az lent.az-a istinadən xəbər verir ki, yaşadığı evdə intihar edən 35 yaşlı Muğanlınski Teymur Fərrux oğlu informasiya texnologiyaları sahəsində mütəxəssis olub.
Son vaxtlar işləməyən və tez-tez spirtli içki qəbul edən T.Muğanlınski oktyabrın 14-də feysbuk səhifəsində dostu Fariz Abbasovun yol qəzasında vəfat etməsi ilə bağlı status paylaşıb. Həmin hadisədən 1 gün əvvəl isə o, evliliyinin 15-ci ildönümünü qeyd edib.

Dostunun ölümündən 2 gün sonra intihar etdi

Dostları bildiriblər ki, T.Muğanlınski çox şən, yeyib-içməyi sevən insan olub. Son vaxtlar baş verən hadisələr isə onun özünə qapanmasına səbəb olub və nəticədə intihar edib.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Dostunun ölümündən 2 gün sonra intihar etdi

Dostunun ölümündən 2 gün sonra intihar etdi

İnterpress.az