İnterpress.az “Milliyet”-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) verilən açıqlamaya görə, Karter 20-27 oktyabr tarixləri arasında DAEŞ ilə mübarizəni müzakirə etmək üçün NATO müdafiə nazirlərinin iclasına qatılmaq üçün Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri. Fransa və Belçikaya səfər edəcək.
Səfər proqramına Türkiyədən başlayan Karter 21 oktyabr cümə günü türk dövlət adamları ilə iclas keçirəcək. Pentaqonun açıqlamasına görə, Karter Türkiyədə regional təhlükəsizlik məsələləri ilə yanaşı İraq və Suriyadakı proseslər haqqında da danışıqlar aparacaq. Yekun olaraq NATO müdafiə nazirləri oktyabrın 26-da Brüsseldə iclasda olacaqlar.
İnterpress.az