İnterpress.az “Dunyabulteni”-nə istinadən xəbər verir ki, ötən il əldə olunan razılığa görə Polşa Fransadan 50 ədəd Airbus Karakel hərbi helikopter almalı idi. Keçən həftə iqtidara gələn “Ədalət və Hüquq” partiyası isə bu razılaşmanın keçərsiz olduğu barədə açıqlama verib.
Fransız höküməti bu qərara sərt reaksiya verdi və Fransa prezidentinin Varşavaya səfəri təxirə salındı.
Qeyd edək ki, Fransa bu razılaşmanın ləğvindən 3,5 milyon avro itirmiş oldu.
İnterpress.az