İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, polis yaşayış binasının yanında ona beyzbol sopası ilə vuran təqaüdçü qadını gülləyərək öldürüb.
Qeyd olunur ki, polis idarəsinə qonşular tərəfindən zəng edilərək, yaşlı qadının qəribə davranışları haqda məlumat verilir.
Məlum olur ki, qoca əlində qayçı həyətdə dolaşırmış. Bir qədər sonra o beyzbol sopası ilə polisə hücum edərək ona zərbələr endirib. Polis qadına silahdan güllə açır.
Qadın xəstəxanaya çatdırılsada dünyasını dəyişir. Hüqüq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
İnterpress.az