İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı hakimiyyət orqanları tərəfindən şahzadə Turki-ben Sauda al-Kebiri edam olunub.
Şahzadə 3 il əvvəl dostunu öldürərək həbs cəzasına məhkum olunmuşdu.
Qeyd olunur ki, şahzadənin ailəsi cinayəti ört-basdır etmək üçün öldürülən şəxsin ailəsinə küllü miqdarda pul təklif edib. Lakin onlar “ qanlı puldan” imtina ediblər.
Edam kralın icazəsi ilə icra olunub.
İnterpress.az