İnterpress.az “Milliyet”-ə istinadən xəbər verir ki, İŞİD Mosul şəhərinin girişinə iyirmi kəsilmiş baş asıb, bununla terror təşkilatı bölgədə olan əsgərləri və mülki vətəndaşları qorxutmaq istəyib. Hadisə barədə şəhərdən çıxıb qaçmış insanlar məlumat veriblər. İŞİD bazar günü evlərə hücum edərək insanların xəbər yaymasının qarşısını almaq üçün onların mobil telefonlarını alıblar.
Şəhərdən qaçıb canını qurtaran 50 yaşındakı Ömər ingilis yardım qrupu Oxfama açıqlama verib və bildirib ki, İŞİD mülki vətəndaşları təhdit altında saxlayır. Böyük çətinliklərlə qaçmağı bacaran Ömər və ailəsi hadisələrin dəhşətindən hələ də özlərinə gəlməyiblər.
Digər bir şahid İbrahim isə, qaçarkən iki qızının İŞİD tərəfindən öldürüldüyünü, digər iki qızının isə onların əlinə keçdiyini söyləyib.
28 yaşındakı Həsən isə iki yaxın İŞİD-in öldürdüyünü bildirib. O digər şahidlərin dediyi sözləri təsdiqləyib, İŞİD-in 20-yə yaxın insanın əvvəlcə başlarını kəsib, daha sonra o başları sıraya düzərək güllələyib.
İnterpress.az