İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, hadisə məktəbin avtodayanacağında dərs saatından sonra baş verib.
Polis idarəsinin mətbuat katibi Karlos Menfredinin sözlərinə görə, üç yaralı şagird məktəbin binasına daxil ola bilib, digər bir nəfər özünü xəstəxanaya çatdırıb.
Şahidlərin ifadəsinə görə məktəbin ətrafında 4 şübhəli səxs olub.
İlkin məlumata görə, atışmaya səbəb şagirdlərdən yalnız birini hədəf almaları imiş.
Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. İnsidentdən dərhal sonra məktəb müvəqqəti olaraq bağlanıb.
Hadisənin digər detalları dəqiqləşdirilir.
İnterpress.az