İnterpress.az “Gazetevatan”-a istinadən xəbər verir ki, Obama Trampın iddialarının əsassız olduğunu və onun ABŞ tarixində seçkidən əvvəl hiylə işlədilməsi ilə bağlı iddia irəli sürən ilk namizəd olduğunu söyləyib. O bildirib ki, Tramp hiylə iddiasını gündəmə gətirərək, demokratik proseslərə kölgə salmağa və seçkilərin etibarsız olmasına çalışır.
Trampa səslənən Obama bu sözləri dilə gətirib: “ Hələ oyun bitməmiş sən ağlamağa başladın”.
Obama sonda qeyd edib: “Cənab Trampa məsləhətim budur ki, ağlamağını saxlasın və səsləri qazanmağa çalışsın”.
İnterpress.az