İnterpress.az dünən yayımladığı məlumatda Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin ilk dəfə mətbuata açıqlama verdiyini xəbər verib.
41 yaşında üç uşaq anası Əsma Rusiya 24 kanalına müsahibə verərkən bunları söyləyib:
“Mənə Suriyanı və ərimi tərk etmək üçün pul təklifi gəldi. Bu təklifdə uşaqlarımın və özümün güvənli bir ölkədə sığınacaq almamız haqqında təminat verilirdi. Bu insanların hansı məqsədə nail olmaq istədikləri, nəyin ardınca getmələri göz qabağındadır. Bu xalqın başçıya duyduqları etibarı qırmaq üçün edilən qəsdli bir cəhdi idi” – deyə bildirdi.
Qeyd olunur ki, Əsma Əsad ona bu təklifi kimlər tərəfindən gəldiyini aıqlamadı.
Lakin təklifi edənlərin Suriyalı olmadığını ifadə edən Əsəd onların “başları xarab olub” deyə bildirib.
“Mən öncədən burdayam və başqa bir yerdə olmağı əsla düşünmürəm “ – deyə Əsma Əsad əlavə edib.
İnterpress.az