İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Cakarta Qubernatorluğu paytaxtı siçanlardan təmizləmək üçün yeni bir layihəyə başlayıb.
Cakarta şəhər bələiyyə sədri Tjahaja Purnamanın sözlərinə görə, layihə, paytaxtda xəstəliklərə və natəmizliyə səbəb olan siçanları məhv etmək məqsədi ilə icra olunacağını bildirib.
“Proyektimizi Səhiyyə Nazirliyinn də dəstəkləyəcəyini düşünürəm” – deyə bələdiyyə sədri bildirib. Qeyd olunur ki, təxminən 10 milyon əhalisiylə İndoneziyanın ən sıxlıq şəhəri olan Cakartada artan siçan populyasiyası böyük problemlər yaradır və spiroket, salmonella və hantavirüs qaynaqlı infeksiyalara səbəb olur.
İnterpress.az