“Bir nəfər öldü, Allah bizi azadlığa “qovuşdurur”backend

“Bir nəfər öldü, Allah bizi azadlığa “qovuşdurur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağacavad Məmmədovun vəkili Məzahir Şahlarov vəsatətlə çıxış edib. O, bildirib ki, müdafiə etdiyi şəxs ürək çatışmazlığından əziyyət çəkir: \”Ağacavad Məmmədov bu xəstəliklə bağlı 10 oktyabr 2016-cı ildə xəstəxanaya yerləşdirilib. Hazırda xəstəxanada stansionar müalicə alır. Ağacavad Məmmədov sərbəst gəzə bilmir, ürək xəstəliyindən əziyyət çəkir, şəkərli-diabet xəstəsidir. Onun dəfələrlə məhkəmə proseslərində səhhəti pisləşib. Bununla bağlı məhkəmə təcili tibbi yardım maşını çağırılıb. Ona tibbi yardım göstərilməsinə baxmayaraq səhhəti yaxşılaşmayıb. Ağacavadın vəziyyəti daha da ağırlaşıb. Hakimin göstərişi ilə başqa bir həkim briqadası çağırılıb\”.

Vəkil müdafiə etdiyi şəxsin barəsində komission məhkəmə-tibbi ekspertizasının təyin edilməsini istəyib. Əfqan Hacıyev vəsatəti baxılmamış saxlayıb.

O, bildirib ki, Ağacavad Məmçmədovun hansı xəstəlikdən əziyyət çəkməsi barədə rəsmi məlumat verilməyib: \”Xəstəxanadan gətirilən sənədin möhürü yoxdur. Onun xəstəliyi ilə bağlı dəqiqləşdirmə aparılandan sonra vəsatət müzakirə ediləcək. Burada mühakimə olunan Qəzənfər Novruzovun vəziyyəti daha ağırdır. Bunu verilən ekspertiza rəyinə əsasən deyirəm. Amma onun barəsində həbs qərarı seçilib və həbsdə olduğu müddətdə müalicə olunur. Təklif edirəm ki, Ağacavad Məmmədovun barəsində olan ev dustaqlığı qəti imkan tədbirinin həbs qəti imkan tədbiri ilə əvəz olunması məsələsi müzakirə edilsin\”.

Daha sonra Ağacavad Məmmədovun vəkili əlavə edib ki, müdafiə etdiyi şəxsin vəziyyəti ağırdır: \”Müdafiə etdiyim şəxsin xəstəliyi ilə bağlı məhkəməyə məlumat vermişəm. Onun barəsində həbs qərarının dəyişdirilməsi qanunsuzdur. Hakimin həbs qərarının dəyişdurilməsi ilə bağlı təklifi qərəzlidir\”.

Prokuror Fərid Nağıyev hakimin Ağacavad Məmmədovun barəsində həbs qəti imkan tədbirinin seçilməsi ilə bağlı təklifini məhkəmənin mülahizəsinə verdiyini deyib.

Qəzənfər Kərimovun vəkili Nüşabə Ağayeva bildirib ki, mühakimə olunanşəxsin barəsində həbs qərarının çıxarılması düzgün deyil: \”Ağacavad Məmmədovun vəkilinə vaxt verilməlidir. Vəkildə müdafiə etdiyi şəxsin xəstəliyi ilə bağlı məhkəməyə möhürlü sənəd təqdom edə bilsin\”.

Digər vəkillərdə həbs qərarının çıxarılması ilə bağlı hakimin təklifinin əleyhinə çıxış ediblər.

Təqsirləndirilən Miryusif Mahmudov bildirib ki, Ağacavad Məmmədovun həbs edilməsinin əleyhinə olub: \”Adam bu yaşında psixoloji təsirlərə məruz qalıb. Ağacavadın barəsində çıxarılan qərarı xəstəxanaya aparılsa, onun ürəyi dayanacaq. Buda daha ağır nəticələrə səbəb olacaq. Məlum hadisələr baş verəndə 11 nəfərin barəsində cinayət işi başlandı. Sonradan bu işi iki icraatda araşdırdılar. Digər icraatda olan cinayət işi üzrə mühakimə olunan \”TNH\” şirkətində tikinti işləri üzrə direktor müavini Nüsrət Muxtarov təcridxanada vəfat edib. Allah-tala bizi yavaş-yavaş azadlığa \”qovuşdurur\”. İndi növbə mənimdir. Nə etməliyəm ki, xəstə olduğumu biləsiz. Günahsız yerə mühakimə olunuruq. Günahsız insanın mühakimə olunması daha da acınacaqlıdır. Ağacavad Məmmədov da günahsız yerə mühakimə olunur. Bu gün bir günahsız insanın barəsində hıbs qərarı çıxarmaq istəyirsiz\”.

Digər təqsirləndirilən şəxslər də Ağacavad Məmmədovun həbs edilməsi ilə bağlı təklifi dəstəkləməyiblər. Daha sonra hakimlər qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər Ağacavad Məmmədovun həbs-qətimkan tədbirinin dəyişdirilməməsi barədə qərar qəbul ediblər.

Məhkəmə prosesi oktyabrın 24-ə təyin edilib. ( musavat.com )

İnterpress.az