İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, xanım Xadiya müsahibəsində bunları söyləyib:
“Biz Kırımı Rusiyanın tərkib hissəsi kimi tanıyırıq. Suriyanın Rusiya ilə olan strateji və perspektivli münasibətləri, respublikanın siyasi, iqtisadi, sosial inkişafını daha da genişləndirəcək. Kırım Sovet İttifaqının bir hissəsi idi. Sovet İttifaqının dağılmasından sonra hadisələr vəziyyəti dəyişdirdi. Kırımda keçirilən referendum onu göstərdi ki, xalqın azad düşüncəsi və iradəsi var. Nəticədə görün nə baş verdi? Kırım yenidən referendum yolu ilə Rusiyanın tərkibinə 95% səs toplayaraq daxil oldu”- deyə parlament sədri bildirib.
İnterpress.az