Ana ölümlərinin səbəbləri açıqlandıbackend

Ana ölümlərinin səbəbləri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova deyib.
Onun sözlərinə görə, əksər hallarda ana ölümlərinin səbəbinin ekstogenikal patologiya olduğu meydana çıxır:
“Xəstələrin sayının artması bu gün anaların müayinəsi və ekstogenikal xəstəliklərin aşkarlanmasının faizinin artması ilə bağlıdır. Aprel ayından bu vaxta qədər 6 aparıcı müəssisənin həkimləri ana ölümlərinin qarşısını almaq məqsədilə regionlara ezam olunub. Onlar anaları, ailələri maarifləndirirlər”.
S.Məmmədova deyib ki, doğuşun normal və qeysəriyyə kəsiyi ilə baş tutuma faizləri təxminən eynidir:

“Normal doğuş bir anda patologiyaya çevrilə bilər. Qadın hər ay həkimə müraciət edirsə, həmin qadınlarda doğuş zamanı fəsadlaşmanın olması riski aşağı olur. Lakin təəssüf ki, adətən bizə ağırlaşmalarla müraciət edirlər. Elə doğuşayardım tibb müəssisəsi var ki, ora yalnız fizioloji baxımdan doğuş vaxtı çatmış analar müraciət edir. Üçüncü dərəcəli tibb müəssisələrinə daha çox ağır patologiyalı xəstələr müraciət edir. Bu müəssisələrdə qeysəriyyə kəsiyinin faizi respublika üzrə olandan daha çox ola bilər”.

İnterpress.az