13 yaşlı yeniyetmə qatil olubbackend

13 yaşlı yeniyetmə qatil olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Sabah”-a istinadən xəbər verir ki, Ersin Ekinci adlı şəxs yeniyetmənin danışığı ilə əyləndiyi üçün öldürülüb. H.A adlı yeniyetmə onun danışığını məsxərəyə qoyan Ersinə çox əsəbləşib və onu təhqir edib. Daha sonra onlar arasında insident baş verib, 21 yaşlı Ersin Ekinci ürəyindən aldığı bıçaq zərbəsi ilə həyatını itirib.
Həmin gün limon bağçasında çalışan hər iki gəncin üzərində bıçaq olub. Bıçaqlanmanın ardından xəstəxanaya aparılan Ersin Ekinci həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib.
Yaşı çox kiçik olan qatil, etdiyi hərəkətdən peşman olduğunu ağlayaraq polisə söyləyib.

İnterpress.az