MDB ölkələri birgə antiterror təlimləri keçirəcəkbackend

MDB ölkələri birgə antiterror təlimləri keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ria Novosti xəbər verir ki, təlimlər MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının bölmələri arasında sosial şəbəkələrdə beynəlxalq terror təşkilatlarına qoşulmaq üçün aparılan fəaliyyətin aşkar edilib qarşısının alınması üzrə qarşılıqlı əlaqələrin yüksəldilməsinə yönəlib.

MDB Antiterror Mərkəzinin rəhbəri Andrey Novikov bildirib ki, təlimlərin məkanı mövcud geosiyasi vəziyyət və Mərkəzi Asiya regionunda terror təhlükəsinin yüksək səviyyədə qalması ilə əlaqədar seçilib.

Onun sözlərinə görə, iştirakçıların tərkibi hələ dəqiqləşdirilir.

İnterpress.az