İnterpress.az xəbər verir ki, iclas zamanı deputatlar Ali qanunun orijinal variantının olmadığı bildiriblər.
Qanun layihəsinin müzakirəsi zamanı \”Ata-Meken\” Sosialist Partiyası fraksiyasından olan deputatlar dövlət orqanlarının nümayəndələrinə orijinal Konstitusiyanın nümayiş etdirilməsiylə bağlı müraciət edib. Lakin məlum olub ki, Ədliyyə Nazirliyi və Prezident Aparatında yalnız sənədin nüsxələri var.
\”Dəyişikliklər etməzdən əvvəl orijinal variantı tapmaq lazımdır. Əks halda, nəyə dəyişiklik edəcəyik?!\”, – deyə Respublikanın keçmiş prokuroru, deputat Aida Salyanova bildirib.
Sosialistlər, həmçinin orijinal Konstitusiyanın axtarışı üçün xüsusi komissiyanın yaradılmasını tələbə ediblər. (azvision.az)
İnterpress.az