İnterpress.az “Haberler”-ə istinadən xəbər verir ki, Mayamidə baş verən yanğında saxlanılan şəxsin fotoları sosial şəbəkədə çoxlu insan tərəfindən paylaşılıb. Polisin verdiyi məlumata görə, o hadisə yerində tapılıb, hadisənin qəsdən edildiyi məlum olub.
Sosial şəbəkədə Karlosun şəkilləri ciddi marağa səbəb olub, belə ki onun başının bir hissəsinin olmaması və kameraya gülümsəməsi müzakirə edilib.
14 yaşında olarkən narkotika qəbul edərək maşın sürən Karlos qəzaya uğrayıb, nəticədə başının bir hissəsini itirib.
İnterpress.az