Dini radikalizmlə mübarizə müzakirə olunubbackend

Dini radikalizmlə mübarizə müzakirə olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, komitənin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin və Ağdam Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, rayon dindarları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov tədbirdə çıxış edərək mövzu barədə məlumat verib. O, ölkəmizdə dini icmalara göstərdiyi qayğıya və dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinə görə rayon ictimaiyyəti adından Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı dini radikalizmlə mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, bəzi qruplar şəxsi mənafeləri naminə, hətta cəmiyyətin gələcəyini təhlükə altına salaraq insanları radikalizmə sürükləyən fəaliyyətə can atırlar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və dövlətin digər müvafiq qurumları bu qruplara qarşı mübarizə aparmaqdadır. S.Salahlı dini radikalizmlə mübarizədə din xadimlərini və dini icmaları da fəal olmağa çağırıb.

Tədbirdə, həmçinin Ağdam rayonunun ziyalıları adından Hüseyn Bayramov, Ağdam rayon “Xındırıstan kənd məscidi” dini icmasının sədri və axundu Barat Bağırov və Ağdam rayon “Seyid Lazım Ağa” ziyarətgahının axundu Seyid Yusif Ağa çıxış ediblər.

İnterpress.az