Bu barədə İnterpress.az-a Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova bildirib.
Eyni zamanda Xəlil Rza Ulutürk küçəsindən hərəkət edən nəqliyyat vasitələrinin, o cümlədən müntəzəm sərnişindaşıma xidməti göstərən avtobusların birbaşa yol ötürücüsünə daxil olmalarının qarşısı alınması üçün132 metr məsafədə, qoşa xətt boyunca 60 sm enində bordür düzüləcək:
\” Koroğlu” metro stansiyası yaxınlığında yerləşən Nəqliyyatı Mübadilə Mərkəzindən (Koroğlu NMM) Qara Qarayev prospekti və Hava Limanı istiqamətində hərəkət etmək istəyən avtobuslar Xəlil Rza Ulutürk küçəsindən qoşa xəttin tələblərini pozaraq birbaşa Böyükşor körpüsünə daxil olmaları günün pik saatlarında qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində tıxac və sıxlıq hallarının yaranması ilə yanaşı, yol nəqliyyat hadisələrinin baş verməsinə də səbəb olurdu. X.R.Ulutürk küçəsi tam olaraq istifadəyə verildikdən sonra həmin küçədə nəqliyyat vasitələrinin sayının artması Z.Bünyadov prospekti ilə kəsişmədə daha böyük problemlərin yaranmasına gətirib çıxaracaq\”.
Gülşanə Mustafayeva
İnterpress.az