Bunu \”Azərenerji\” ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.
\”Mən bu cür rəqəmlərə o qədər də toxunan deyiləm. Düzdür, \”Azərenerji\”nin borcları var, lakin bizə də borcu olanlar var. Bizim SOCAR-a da borcumuz var. Bizimə olan borclar qaytarılsa, biz də öz borclarımızı, o cümlədən SOCAR-a olan borcumuzu qaytararıq\”, – deyə dövlət şirkətinin rəhbəri bildirib.
E. Pirverdiyev əlavə edib ki, manatın devalvasiyaya uğraması \”Azərenerji\”nin bəzi xarici valyutalarda götürdüyü borcun artmasına səbəb olub: \”Biz bununla bağlı Maliyyə Nazirliyinə müraciət etmişik. Hal-hazırda bu istiqamətdə birgə işləyirik. Buna baxmayaraq, bu günədək biz hər hansı borcun qaytarılmasında problemlə üzləşməmişik\”. ( apa )
İnterpress.az