İnterpress.az “Haberler”-ə istinadən xəbər verir ki, Rusiya Baş Hərbi Qərargahının rəhbəri Valeri Qerasimov, İrakın Mosul bölgəsində n sıxışdırılan terroristlərin Suriyaya qaçması ehtimalından danışıb. O qeyd edib: “Terroristləri bir yerdən digərinə qovalamaq əvəzinə, onları gördüyünüz yerdə öldürün. Əsas budur”.
Qeyd edək ki, Mosul şəhərində 5-6 minə qədər terrorçunun olduğu məlumdur.
İnterpress.az