İnterpress.az \”Haberler\”-ə istinadən xəbər verir ki, institutun rəhbəri Vladimir Nazarov , Avropa İttifaqı və Rusiyanın ortaq həyata keçirdiyi “ExoMars 2016” layihənin uğurla davam etdiyini bildirib. 16 oktyabr tarixində yerdən göndərilən qurğu, 19 oktyabrda Marsa çatıb. Layihənin məqsədi Marsdakı atmosferi öyrənərək analiz etmək və toz fırtınalarının yaranma səbəbini öyrənməkdir. İnsansız qurğudan gələn siqnalın zəif olduğunu söyləyən Nazarov bildirib ki, qurğu vasitəsilə atmosferdəki metan qazı və digər qazların səviyyəsi ölçüləcək.
İnterpress.z