İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Georgia əyalətində 19 il əvvəl polis məmurunu öldürən, bir məmuru da yaralayan məhkumun edam cəzası zəhərli iynəylə reallaşdırılıb.
Qeyd olunur ki, 63 yaşlı Greqoriy Paula LavlerJekson şəhərindəki Əyalət həbsxanasında ölümcül dozada “Barbiturat pentobarbita” maddəsi vurulub.
Greqoriy 12 oktyabr 1997-ci ildə Atlantadakı park polis məmuru Jon Sovayı tüfənglə vurub öldürməkdə, məmur Patrikia Cokkioloneyi də yaralamaqda günahkar bilinərək həbs edilmişdir.
Məhkumun vəkilləri, ölüm cəzasının ləğvi üçün Apelyasiya Məhkəməsinə müraciət etsələr də, tələbləri rədd edilmişdir.
Xatırladaq ki, Lavler, bu il Georgia əyalətində edam edilən yeddinci məhkumdur.
İnterpress.az