Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmə onun barəsində 3 il sınaq müddəti olmaqla şərti cəza təyin edib
Xatırladaq ki, hadisə Xəzər rayonunda baş vermişdi.
Binə qəsəbə sakini 34 yaşlı Rauf Mehdiyev al-qan içində xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək olub. Aparılan araşdırma zamanı hadisəni törədən şəxsin R.Mehdiyevin atası olduğu məlum olmuşdu.
61 yaşlı Rafael Mehdiyevin ailə münaqişəsi zəminində oğlunu döş qəfəsindən vurduğu məlum olmuş və o, həbs edilmişdi.
İstintaq dövründə tərəflər arasında barışıq əldə edilib. Bıçaqlanan şəxs məhkəmədə verdiyi ifadəsində atasından şikayətçi olmadığını söyləmişdi.(musavat)
İnterpress.az