İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, \”ABŞ-ın cinayət paytaxtı\” olaraq xarakterizə edilən Çikaqoda baş verən təcavüz xarakterli hadisələr bütün tədbirlərə baxmayaraq rekord qırır.
2015-ci ildə 486 adamın cinayətə qurban getdiyi bu şəhərdə, bu il 19 Oktyabra qədər cinayətə qurban gedənlərin sayı 601-ə çatıb.
Silahlı hücumlarda yaralananların sayının 2015-ci ildə təxminən 1400 adam olduğu bildirilib.
2016 cı ildən başlayaraq yaralananların sayı 2 min 400-ü keçib.
Məlumata görə, Çikago polisi açıqladığı cinayətlərdən 28-nin bıçaqla, 19 unun isə silah nəticəsində reallaşıb.
İnterpress.az