Ən azı 415 nəvəsi olan nənəbackend

Ən azı 415 nəvəsi olan nənə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “ BBC”-yə istinadən xəbər verir ki, üç dəfə evlənən Şahe nənənin ilk iki evliliyinin hər birindən iki, sonuncudan isə üç uşağı var. Son günlərdə sağlamlığında problem yaşayan nənənin hafizəsində heç bir problem yoxdur. Onun balaca oğlu Cemal Tayurek məlumat verib ki, üç il əvvəl anasının nəvə-nəticələrinin sayını hesablayıb və məlum olub ki Şahe nənənin 415-dən çox nəvəsi var. Tayurek söyləyib: “Üç il əvvəl nəvələrin sayı 415-i keçmişdi, amma indi nə qədərdir bilmirəm. Bunu təkrar hesablamaq üçün, bütün qohumlarıma təkrar zəng etməliyəm. Dəqiq deyə bilərəm ki, bu sayı indi 430-dan çoxdur”.
Şahe nənənin ən böyük övladı 90, ən kiçiyi 60, nəvələrinin isə ən böyüyünün 70, ən kiçiyinin isə 2 yaşı var.

İnterpress.az