İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Hannover şəhərinin baş prokuroru Tomas Klinge, mövzuyla əlaqədar açıqlamasında, təqsirini illər sonra etiraf edən 52 yaşındakı Jörg Linin, yoldaşını boğaraq öldürdüyünü boynuna aldığını bildirib.
Klinge, anlıq hirsə qapılaraq adam öldürmə təqsirini 20 ildən sonra boynuna alan Linin sərbəst buraxıldığını qeyd edib.
Klinge, Linin cinayəti planlı şəkildə etməməsini vurğulayıb. Hannover polisi, cinayətin planlaşdırıldığı ehtimalını araşdırmaq üçün cütlük haqqında məlumat verə biləcək şahidlər axtarıb.
Araşdırmalar nəticəsində məlum olub ki, Sanderi 1988-ci ildə Jörg L. ilə evlənib, 10 Fevral 1992-ci ildə isə yoxa çıxıb. Jörg Linin, yoldaşını öldürdükdən sonra cəsədi hava və su keçirməyən plastik örtüyə bükərək köhnə bir çəlləyin içərisinə yerləşdirib, ağzını qaynaqla bağlayıb.
Kişi daha sonra çəlləyi də götürərək Neumünster şəhərinə gedib, bura yerləşərək yenidən evlənib və uşaq sahibi olub.
Franziskanı soruşan yaxınlarına isə bildirib ki, Fransiska onu tərk edərək ABŞ-da yaşamağı qərar alıb.
İnterpress.az