İnterpress.az-ın əldə etdiyi məlumatda bildirilir ki, aparat rəhbərinin körpə övladı dünyasını dəyişib. Eyni zamanda evin başqa sakinləri də xəsarət alıb xəstəxanaya yerləşdirilib. Sakinlərin verdiyi məlumata görə, Hökməli qəsəbəsind əvvəllər yerin üstündə olan qaz xəttlərini yerin altına salınıb. Qaz xətti yaşayış evlərindən 20 metr məsafədə yerləşir.
Hadisənin təfərrütlarını isə Qafqazinfo.az araşdırıb. Yaxınları bildirib ki, faciədə həlak olan 3 yaşlı qızcığaz artıq dəfn olunub:
\”Banuçiçək babasının məzarının yanında, Yasamalda torpağa tapşırılıb\”.
Qurbanovların yaxınları onu da qeyd edib ki, hazırda yaralılar üçün Türkiyədən helikopter çağırılıb:
\”Leylanın (Ailənin böyük qızı) vəziyyəti yaxşıdır, danışa bilir. Müşfiqlə arvadı Türkiyəyə aparılacaq. Şəbruzun qızının ölümündən xəbəri yoxdu…\”
Gülşanə Mustafayeva
İnterpress.az