Parisdə polislər etiraz keçirirbackend

Parisdə polislər etiraz keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, Fransa polisi hakimiyyətin diqqətini çətin iş şəraitinə cəlb etmək məqsədi ilə yenidən etiraz aksiyası keçirib.

Fransanın “Franc-Press”xəbər verir ki, təqribən 500 polis əməkdaşı cümə axşamı Eyfel qülləsinin qarşısında yerləşən Trokadero meydanına toplaşıb.

Onlar əvvəllər xuliqanların hərəkətlərindən zərər çəkən həmkarlarına dəstək şüarları, həmçinin daxili işlər naziri Bernar Kaznevin istefasına çağırışlar səsləndiriblər. Analoji aksiyalar Fransanın digər şəhərlərində də keçirilib.

Fransa polisinin etiraz aksiyası keçirməsinə oktyabrın 8-də Paris qəsəbələrindən birində naməlum şəxslərin polis avtomobilinə “Molotov kokteyli” atması səbəb olub. Həmin hadisə zamanı bir asayiş keşikçisi ciddi yanıq xəsarətləri alıb.

İnterpress.az