Çurkin BMT Baş Katibini utandırdıbackend

Çurkin BMT Baş Katibini utandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Çurkin bir faktın Rusiya nümayəndə heyətini çaşqınlığa saldığını söyləyib.
“Axı necə olur ki, Baş Katib Suriyadakı böhran, vəziyyət və humanitar yardım haqda danışır, lakin orada fəaliyyət göstərən An-Nusra Dzebhat terrorist dəstəsi haqqında bir kəlmə belə söyləmir”- diplomat bildirib.
Qeyd olunur ki, görüşdə çıxış edən Ban Ki-mun qeyd edib ki, hökumət ordusunun hücumu zamanı Hələbin şərqində təxminən 500 adam öldürülüb və 2 mindən çox dinc sakin yaralanıb. Eyni zamanda baş katib Rusiyanın “humanitar dəhliz” yaratdığını da alqışlayıb.
Xatırladaq kı, 20 oktyabrda\”humanitar fasilə\” elan olunmuşdu.
Rusiya aviasiya və Suriya ordusu mülki və dinc sakinlərə xüsusi yaradılmış dəhlizdən şəhəri tərk etməyə imkan versə də, onlar terrorçular tərəfindən atəşə tutulmuşdur. \”Humanitar fasilə\” 20 oktyabr 08.00.-də başlayaraq axşama qədər davam etməli idi, lakin Rusiya prezidenti Vladimir Putinin əmrinə əsasən, bir gün də uzadılıb.

İnterpress.az