Eldəniz Zeynalovun oğlu ilə bağlı açıqlamabackend

Eldəniz Zeynalovun oğlu ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə AzNews.az-a İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev deyib. Onun sözlərinə görə, aktyorun vəziyyəti qənaətbəxş deyil: “Vəziyyəti pisdir, danışa bilmir. Bundan əlavə aktyorun sağ tərəfi işləmir, “paralic”dir. İndi onun səhhətində ciddi surətli irəliləyiş gözləmirik, çünki beynində qansızma var”.

Direktor M.Zeynalovun həyata qayıtmaq şansının ancaq Allaha bağlı olduğunu vurğulayıb: “Hər sey dərmanların təsirindən və xəstənin bədəninin müqavimətindən asılıdır”.

Qeyd edək ki, Xalq artisti, mərhum sənətkar Eldəniz Zeynalovun oğlu, aktyor Məmməd Zeynalov ötən həftə serial çəkilişinə gedərkən insult keçirib. Aktyorun beyninə qan sızıb. O, hazırda 1 saylı Şəhər Klinik Xəstəxanada müalicə olunur.
Xatırladaq ki, aktyorun əməliyyatı ilə bağlı Azərbaycan Beynəlxalq Bankında hesab nömrəsi açılıb.

Hesab nömrəsi aşağıdakıdır.
AZ88IBAZ33801019442017427204
Azərbaycan Beynəlxalq Bankı.

İnterpress.az