Səudiyyə Ərəbistanı və ABŞ rəsmiləri görüşübbackend

Səudiyyə Ərəbistanı və ABŞ rəsmiləri görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “CNN”-ə istinadən xəbər verir ki, ABŞ Xarici İşlər Naziri Con Kerri və Səudiyyə Ərəbistanından olan həmkarı Adil əl-Cübeyr qərarla bağlı görüşüb. Adil əl-Cübeyr qeyd edib: “Bu qanun bizi ciddi təhlükəyə sürükləyir, biz isə problemi həll etməyə səy göstəririk”
Con Kerri isə öz növbəsində qəbul edilən qərarın iki ölkənin münasibətlərinə zərər vurmaması üçün bəzi tədbirlərin görüləcəyini söyləyib.
ABŞ-ın “terrora dəstək verən ölkələrə” iddia açma imkanı yaradan qərarın yalnız Səudiyyə Ərəbistanına yox, başqa ölkələrin də etirazına səbəb olacağını Cübeyr xüsusilə vurğulayıb.

İnterpress.az