Penitensiar Xidmətdən təcridxanadakı qiyam xəbərinə münasibətbackend

Penitensiar Xidmətdən təcridxanadakı qiyam xəbərinə münasibət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, Penitensiar Xidmətin rəhbərliyi və kollektivi bu kimi böhtan xarakterli və qərəzli məlumatların son zamanlar xidmətdə aparılan müsbət işlərə kölgə salmaq, əhalidə çaşqınlıq, cəza çəkənlər və onların yaxın qohumları arasında əsassız narahatçılıq yaratmaq məqsədi daşıdığını bildirir.

“Penitensiar xidmət bir daha ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nəzərinə çatdırır ki, bu gün haqqın.az və virtualaz.org saytlarında “Bakı istintaq təcridxanasında qiyam: qoşun yeridildi” başlıqlı məlumatın heç bir əsası yoxdur və böhtan xarakterlidir, tabeçilikdə olan cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında əməliyyat şəraiti sabitdir, tam nəzarət altındadır, cəzaların icrası və çəkilməsi qaydalarına, mövcud qanunvericiliyin tələblərinə tam uyğun şəkildə riayət olunur”,-deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında dustaqlar qiyam etməsilə bağlı məlumat yayılıb.

Məlumatda bildirilirdi ki, təcridxananın vəzifəli şəxslərinə hücum edən dustaqlar onlardan iki nəfərə ağır xəsarət yetiriblər. Xəsarət alanlar təcridxananın rəisi və rəis müavinidir.

Mənbə bildirib ki, qiyama səbəb, dustaqların sözlərinə görə, onlara verilən “payok”un (yeməyin) satılması və yetərincə verilməməsidir. Digər səbəb kimi, dustaqlara yaxınlarının gətirdikləri “peredaça”ya görə 100 manat rüşvət tələb olunması göstərilib.

“Dustaqlar aclıq aksiyasına başladıqlarını və yeyənə “söyüş” qoyduqlarını bildiriblər”, – mənbə deyib.

Məlumata əsasən, qiyamı yatırmaq üçün təcridxanaya qoşun yeridilib. ( modern.az )

İnterpress.az