İnterpress.az Rusiya mediasına istinadən xəbər verir ki, \”Oktyabrın 21-nə keçən gecə, naməlum şəxslər tərəfindən Sudak şəhərində qoyulmuş Lenin abidəsi məhv edilib”- rayonda fəaliyyət göstərən saytda məlumat verilir.
Qeyd olunur ki, abidə postamentdən aşağı salınıb, nəticədə abidədə qırıq və çatlar əmələ gəlib.
Şəhərin idarəetmə rəhbəri Vladimir Serov bildirib: “Sovet dövrünün tarixi simvolu bərpa ediləcək, bu xoşagəlməz əməli törədənlər isə cəzalanacaqlar”.
Xatırladaq ki, Ukraynada da oxşar hadisə qeyd olunmuşdur. Sentyabr ayında İnqilab liderinin bir çox abidəsi sındırılmışdır.
İnterpress.az