İŞİD Kərkükə girdibackend

İŞİD Kərkükə girdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İraqın Havicə şəhərində yerləşən İŞİD səhər saatlarında Kərkük şəhərinə altı nöqtədən hücum edib.

Kərkükün Dibis nöqtəsindən şəhərə gələn peşmergə qüvvələrinə məxsus əsgərlər İŞİD-in bombalı hücumu ilə qarşılaşıblar. Şəhərə girən İŞİD-çilər Kərkük elektrik stansiyasına hücum edib. Stansiyada olan 4-ü iranlı mühəndis olmaqla, 11 nəfər öldürülüb. Öldürülən mühəndislərin İran İnqilab Mühafizəçiləri korpusunun zabitləri olduğu deyilir.

Bu arada Kərkük valiliyi şəhər mərkəzində davam edən münaqişələrə görə küçəyə çıxma yasağı elan edib. İŞİD-in bölgədəki məntəqələr və Kürdüstan Demokrat Partiyasının qərargahını ələ keçirdiyi bildirilir.

İnterpress.az