Qızını tövlədə saxlayan ataya cinayət işi açıldıbackend

Qızını tövlədə saxlayan ataya cinayət işi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə virtualaz.org-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.
Onun sözlərinə görə, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat verilmədiyindən Daxili İşlər Nazirliyinə müraciət edib. “Digər əlaqədar qurumlardan fərqli olaraq, DİN müraciətə dərhal reaksiya verdi. Təşkilata göndərilən rəsmi cavabda deyilir ki, Valeh Məmmədova qarşı Cinayət Məcəlləsinin 145.1 maddəsi ilə (qanunsuz azadlıqdan məhrum etmə) cinayət işi açılıb və hazırda istintaq gedir”.
Qeyd edək ki, 21.07.1988-ci il təvəllüdlü Pərvanə Məmmədovanın ruhi xəstə olub. Atası azyaşlının evdən qaçdığını əsas gətirərək onu yaxınlıqdakı yarımtikilidə bağlayıb. Qızın saxlanıldığı yerdə istilik olmayıb.
İmişli Rayon Mərkəzi Xəstəxanası P.Məmmədovanın 2-ci qrup əlil olmasını təsdiqləyib. Hazırda azyaşlının Bakıdakı 1 saylı Ruhi-Əsəb Dispanserində müalicə aldığı bildirilir.
Onu da xatırladaq ki, azyaşlının zəncirləyərək tövlədə saxlanılması “Bizə danış” verilişi tərəfindən aşkarlanıb.

İnterpress.az