Rusiya Krımı niyə işğal etdiyini açıqladıbackend

Rusiya Krımı niyə işğal etdiyini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu İsveçrə mətbuatına müsahibəsində Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko söyləyib.

Onun sözlərinə görə, Rusiya NATO-nun Krımda özünə yer etməsinə heç vaxt imkan verə bilməzdi:
“Ukrayna 2014-cü ildə artıq NATO-ya qoşulmaq istədiyini bəyan etmişdi. O zaman Alyans bizə Ukraynanın NATO-dan kənar qalacağına dair zəmanət verməmişdi. Nəticədə bir neçə aydan sonra NATO gəmiləri Sevastopoldakı limanlarımız qarşısında peyda oldular. Rusiya buna imkan verə bilməzdi”.
Qeyd edək ki, Krım 2014-cü ilin martında Rusiya tərəfindən anneksiya edilib. (musavat)

İnterpress.az